image-reklam-veteninfo
image-1backend

İran XİN müavini: “Nüvə proqramı toxunulmazdır” 

image-reklam-veteninfo

Dünən İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə CNN-ə müsahibəsində bildirib ki, ölkənin nüvə proqramı hazırda “islahat və bərpa mərhələsindən” keçir. Vətəninfo.az xəbər verir ki,o,  vurğulayıb ki, Tehranla Vaşinqton arasında nüvə proqramı ilə bağlı gələcək dialoq İranın uranı zənginləşdirməyə davam etməsinə imkan verən razılaşmanın əldə olunmasından asılı olacaq.

Xətibzadə qeyd edib: “İranda sıfır zənginləşdirmə illüziyası və ya İranı əsas hüquqlardan məhrum etmək cəhdləri Tehran üçün seçim deyil”.

Nazir müavini, habelə, ABŞ və İsrailin İranda nüvə obyektlərinə hücumlarına toxunaraq bildirib ki, bu hücumlar müəyyən ziyan vursa da, İranın nüvə proqramı “bütöv olaraq qalır”. O deyib: “İranın dinc nüvə proqramı toxunulmazdır və biz onu qoruyacağıq”.

Xətibzadə əlavə edib ki, İranın “milli maraqları və təhlükəsizliyi qorumaq üçün qanuni hərbi proqramları” mövcuddur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki