Vətəninfo.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın Rusiya və Ukrayna müharibəsində istifadə üçün heç bir pilotsuz uçuş aparatının verilmədiyini vurğulayaraq deyib:
“Rusiyanın Ukrayna müharibəsində İran dronlarından istifadə etməsi əsassızdır, bunu bir daha təkrarlamayın”.
Tehranda çıxan ərəbdilli “Əl-Vəfaq” qəzetinə müsahibəsində Abdullahiyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel ilə sonuncu telefon danışığından bəhs edərək qeyd edib ki, o, Aİ-nın rəsmisinə xəbərdarlıq edib.
Qeyd edək ki, iranlı nazirin dediklərinə baxmayaraq, bir müddət öncə Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri son 10 gündə ölkə ərazisinə İran istehsalı olan dronların atıldığını rəsmi şəkildə bildirib.