image-1backend

İran XİN rəhbəri: “Tehran, Ankara və  Moskva Suriyada vəziyyətin idarə olunmasına kömək barədə razılığa gəlib”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı televiziyaya müsahibəsində deyib ki, Tehran, Ankara və Moskva Suriyada gərginlik və hücumların qarşısını almaq, sülh və əmin-amanlığı təmin etmək üçün vəziyyətin idarə olunmasına yardımla bağlı razılıq əldə ediblər.
Suriyada baş verən son hadisələrin Astana prosesinə zidd olduğunu vurğulayan Əraqçı deyib: “Astana prosesi Suriya hökuməti ilə müxalifət arasında danışıqların aparılmasına töhfə vermək məqsədi daşıyırdı. Əsəd hökumətinin bu yöndə hərəkət etməkdə çevikliyi və sürəti zəif idi. Suriyanın daxili problemləri, o cümlədən müxalifətlə dialoq və ya qarşıdurma hökumətlə bağlı olub, biz ancaq məsləhətlər verdik, hökumət isə bu məqamda çətinliyə düşdü. Suriya ordusu öz vəzifəsini yerinə yetirə bilmədi. Biz heç vaxt ordunu bu ölkənin daxili problemlərinin həllində və ya müxalifətlə qarşıdurmada əvəz etməli deyilik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image