Vətəninfo.az xəbər verir ki, İran xarici işlər naziri Abbas Əraqçının Vaşinqtondakı Karnegi Beynəlxalq Nüvə Siyasəti Konfransında planlaşdırılan virtual çıxışı ləğv edilib.
Konfrans çıxışın ləğv edilməsinə səbəb kimi Əraqçının istədiyi dəyişikliklərin sual-cavab sessiyasında məhdudiyyətlərlə nəticələnəcəyi olduğu bildirilib.
İran XİN rəhbəri çərşənbə günü keçiriləcək konfransla bağlı paylaşım edərək yazıb: “Mən jurnalistlərin və narahat vətəndaşların çətin suallarına öyrəşmişəm. Ancaq çıxışın açıq sual-cavab sessiyasına istiqamətlənməsi onu ictimai müzakirəyə çevirməyə bərabərdir ki, nə mən iştirak etmək istəyirəm, nə də ki, auditoriya debatın məqamları barədə bilmək niyyətindədir”.