image-reklam-veteninfo
image-1backend

İran XİN: “Tehran və 🇹🇷 Ankara davamlı sülh yolunda addımlar atmaqda qərarlıdır”

image-reklam-veteninfo

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı İran və Türkiyənin regional sabitlik, sülh və inkişaf üçün sıx əməkdaşlıq etməyə qərarlı olduqlarını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, o, Tehranda Türkiyə xarici işlər naziri Hakan Fidan ilə görüşdə, iki ölkə arasında iqtisadiyyat, ticarət, enerji, təhlükəsizlik və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı qərarların verildiyini vurğulayıb.

Görüşdə, habelə, Fələstindəki fəlakətli vəziyyətə dair narahatlıq ifadə edilərək, soyqırıma qarşı qətiyyətli mövqe bildirilib. Əraqçı bildirib ki, İran və Türkiyə regional aktorlar olaraq, birgə səylərlə davamlı sülh və sabitlik yaratmaq məqsədini güdür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki