Vətəninfo.az xəbər verir ki, dünən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib ki, “Vaşinqton müharibənin nəticələrinə görə məsuliyyəti öz üzərinə götürməlidir”.
“Gələcəkdə nə olacağını heç kim bilmir, amma dəqiq olan odur ki, bu müharibənin nəticələrinə görə məsuliyyət ABŞ və “sionist rejimin” üzərinə düşməlidir. Tehranın qanuni müdafiə hüququndan istifadə etmək haqqı var, biz bunu mütləq edəcəyik. ABŞ prezidenti Trampın son açıqlamaları və növbəti hücum təhdidləri qlobal səviyyədə təhqirdir”, – deyə, Bəqai vurğulayıb.
O, iddia edib ki, Tehran İsrailin hücumuna cavab verməkdə tam təmkin nümayiş etdirib və yalnız hərbi mövqelərini hədəfə alıb.