Tikinti qrupları həftələr əvvəl ABŞ hərbi qüvvələri tərəfindən vurulan İranın Fordo nüvə obyektinin bərpası üçün işə başlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “New York Post” peyk fotolarına istinadən xəbər verir. Ağır tikinti texnikası olan ekipajlar ABŞ qüvvələrinin hədəf aldığı ərazilərdədir. Tikinti qruplarının bəziləri nüvə obyektinə aparan yeraltı keçidləri bərpa edir. Qeyd edək ki, obyekt həm də yeraltıdır. Qeyd edək ki, ABŞ-ın zərbələrindən sonra ekspertlər, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssisləri, xüsusilə Fordo və Natanzdakı nüvə obyektlərinin zədələnməsi nəticəsində yerli radiasiya ilə çirklənmənin ola biləcəyini düşünürlər.