Vətəninfo.az xəbər verir ki, İsrail baş nazirinin ofisi dünən bildirib ki, bir neçə ay öncə İraqda yoxa çıxan İsrail-Rusiya Universitetinin tədqiqatçısı və müəllimi İranın dəstəklədiyi “Kətaib Hizbullah” terror təşkilatının nəzarəti altındadır.
Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir ki, Elizabet Tsurkov sağdır və İsrail İraq hökumətini onun təhlükəsizliyinə görə cavabdeh hesab edir və onun azadlığa buraxılmasını tələb edir.
Qeyd edək ki, doktoranturada işləmək və tədqiqat aparmaq məqsədi ilə İraqa səfər edən Elizabet Tsurkov sözügedən təşkilat tərəfindən casusluqda ittiham edilərək “ifrat sionist” adlandırılıb.