image-img_20230517_074948backend

İrana qarşı ABŞ Hörmüz boğazında hərbi fəaliyyətini artırır

image-reklam_sirab_01

İran rejiminin dəniz təhdidlərinin qarşısını almaq üçün ABŞ Hörmüz boğazında
hərbi fəaliyyətini artırır

Vətəninfo.az xəbər verir ki,bu barədə Pentaqonun sözçüsü general Pat Rayder mətbuat konfransında deyib:

“ABŞ Hörmüz boğazında ayıq-sayıqlığımızı və mövcudluğumuzu gücləndirmək üçün patrul xidməti aparmaq məqsədilə bölgədəki təchizatının rotasiyasını artıracaq. Həmin təchizata pilotlu və pilotsuz hava avadanlığı, həmçinin Dəniz Qüvvələri və Sahil Mühafizəsinin gəmiləri daxil olacaq ki, bizim dəniz nəzarətimizi artırmağa kömək edəcək”.

“Əməliyyatların artan tempi o deməkdir ki, biz bölgədə mövcudluğumuzu təmin etmək üçün burada patrulları artırırıq və İran açıq şəkildə mesaj alır ki, aqressiv davranışlara dözməyəcəyik”,-deyə ABŞ generalı əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki