image-image_750x_662777f68a924backend

İrana sanksiya tətbiq edilir

image-reklam_sirab_01

Avropa İttifaqına üzv ölkələr İrana qarşı, xüsusən də raket və pilotsuz təyyarələr istehsal edən İran şirkətlərinə qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı siyasi razılığa gəliblər. Vətəninfo.az xəbər verir ki, bu barədə Aİ Şurasının Lüksemburqda keçirilən iclasının yekunlarını yekunlaşdıran Avropa diplomatik xidmətinin rəhbəri Xosep Borrel bildirib.

Borelin sözlərinə görə, bu addımla Aİ Rusiyaya İran raketləri və zenit-raket komplekslərinin tədarükünə qarşı qabaqlayıcı tədbirlər görmək istəyir. Gözlənilir ki, Aİ yaxın vaxtlarda bu qərarı rəsmi şəkildə formalaşdıracaq və dərc edəcək. Avropanın diplomatik mənbələri qeyd edir ki, söhbət konkret yeni sanksiyalar paketinin müəyyən edilməsindən deyil, mövcud sanksiya rejimlərinin genişləndirilməsindən gedir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki