24 saatdan az müddətdə Yaxın Şərqə Amerikanın üç təyyarədaşıyan gəmisini, həmçinin çoxlu esmines və sualtı qayıqları yaxınlaşacaq.
Vətəninfo.az xəbər verir ki, bu, 2003-cü il İraq Müharibəsindən sonra Yaxın Şərqdə yerləşən ABŞ-ın ən böyük hərbi birləşməsidir.
Tehranda, görünür, artıq hər şeyi başa düşürlər və müharibəyə hazırlaşırlar.
İran rəsmiləri Hörmüz boğazı ilə bağlı güzəştlərə getəyə hazır olduğunu bildirir
Belə ki, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Hörmüz boğazında naviqasiyanın bərpası planının icra müddəti 7 gündən iki günə endirilib. Onun sözlərinə görə, vasitəçilər, o cümlədən Pakistan və Qətərlə məsləhətləşmələr aparılıb və indi Vaşinqton bununla bağlı əməli addımlar atmalıdır.
Qəribabadi vurğulayıb ki, ABŞ-ın bir sıra şərtləri yerinə yetirməkdə gecikməsi yekun sazişin bağlanmasına mane olur. O, yenidən Vaşinqtondan zəmanət tələb edib və ABŞ-ın danışıqlardan İrana yeni zərbələr hazırlamaq üçün istifadə edə biləcəyini etiraf edib.


























