image-1backend

İranda 20-yə yaxın məhbus edam olunacaq 

image-reklam_sirab_01

İranda İnsan Haqları Təşkilatı – HRANA xəbər verib ki, Kərəcin Qızılhisar zindanında saxlanılan və qeyri-siyasi cinayətlərdə günahlandırılan 16 məhbus edam hökmünün icrası üçün dünən təkadamlıq kameraya köçürülüb.

Vətəninfo.az xəbər verir ki, məhbuslar yaxın günlərdə dar ağacından asılacaqlar. Bildirilib ki, onlardan dördü “qəsdən adam öldürmək”də ittiham edilib. Ölüm hökmü icra ediləcək məhbuslardan beşi isə Əfqanıstan vətəndaşıdır.
Qeyd edək ki, 2022-ci ildə İran həbsxanalarında 21-i qadın olmaqla ən azı 767 məhbusun edam cəzası həyata keçirilib. Eyni ildə 172 nəfərə də ölüm hökmü çıxarılıb. Bu ilin ilk 7 ayında isə 338 məhbusun edam hökmü icra edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image