image-1backend

İranda 20-yə yaxın model qadın həbs edildi 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, dünən Buşehr əyalətinin Polis İdarəsinin komandiri Heydər Susəni “İnstagram”da modellik fəaliyyəti ilə məşğul olan 13 nəfərdən bəzilərinin saxlanıldığını, digərlərinin isə məhkəməyə çağırıldığını açıqlayıb.
Bildirilib ki, həmin şəxslərin sosial media hesabları da FƏTA (Kiberməkana Nəzarət) Polisi tərəfindən qapadılıb.
Həbs olunanlar “uyğunsuz paylaşımlar etmək”də ittiham ediliblər.
Qeyd olunub ki, saxlanılan qadınlar 6 gözəllik salonu üçün model kimi xidmət göstəriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki