Bu ilin əvvəlindən İranda 381 nəfər edam edilib. Vətəninfo.az xəbər verir ki, təkcə aprel ayında 110 nəfər edam edilib. Edam edilənlərdən 11-i qadındır. Bu ilin dörd ayının məlumatlarına görə, edam edilənlərin sayı 343 nəfərdir. Bu, ötən ilin birinci rübünün göstəricisindən 75 faiz çoxdur. 2012-ci ilin eyni dövründə 195 nəfər edam edilib. İslam Respublikasında 5000-ə yaxın insanın ölüm hökmündə olduğu güman edilir.