İranın Qum şəhərində məcburi hicab qaydalarını pozduqlarına görə 9 yeniyetmə qız həbs edilib.
Vətəninfo.az İran mediasına istinadən xəbər verir ki, yeniyetmələrin Qum-Tehran qatarında saxlanıldığı bildirilib.
Qeyd edək ki, İran prezidenti, Daxili İşlər Nazirliyi və məhkəmə sistemininin başçısının məcburi hicab qaydalarına riayət etməyənləri “düşmən” adlandırmasından sonra həbslər çoxalıb.