image-reklam-veteninfo
image-1backend

İranda ardarda zəlzələlər oldu 

image-reklam-veteninfo

Bu gün Hörmüzqan əyalətinin Sərgez şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.

Vətəninfo.az xəbər verir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla səhər saat 00:38-də 22 kilometr dərinlikdə qeydə alınıb.

Bildirilib ki, zəlzələ Bəndər Abbas şəhərində də hiss olunub.

Daha sonra saat 01:14-də bölgədə 3,9 bal gücündə ikinci zəlzələ meydana gəlib.

Hazırda insan itkisi və ya dağıntı barədə rəsmi məlumat verilməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki