İranın Xorasan Rezavi əyalətinin Nişapur şəhərində bitki yağı zavodunda baş verən yanğın nəticəsində 4 nəfər ölüb, bir nəfər yaralnıb.
“Mehr” xəbər verir ki, bu barədə Nişapur şəhər Xəstəxanası Təcili yardım şöbəsinin müdiri Həmid Hüseyni bildirib.
O, yaralının xəstəxanaya yerləşdirildiyini, həmçinin yanğının söndürüldüyünü qeyd edib.