image-351151686_181318184897281_8602088480941159764_nbackend

İranda böyük fizika kəşfi etmiş öyrənci qız intihar edib, yoxsa, oldürülüb?

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Tehran Universitetinin əlaçı öyrəncisi Zəhra Cəlilianın şübhəli ölümündən 7 ay sonra və ümumölkə etirazları ilə eyni vaxtda onun ailəsi və vəkili “Etimad” qəzetinə deyiblər ki, universitet heç bir sübut olmadan ölüm səbəbini intihar adlandırır.
Binada 13 müşahidə kamerası olduğu halda, mühafizə xidməti heç bir kamera görüntüsü təqdim etmir.

“Fizika üzrə Nobel mükafatına layiq bir kəşf etmişəm. Qorxuram ki, kimsə xəbər tutsa, zorla əlimdən ala, ya da mənə pislik edə bilərlər”.

Bunlar Tehran Universitetinin elektrik mühəndisliyi üzrə doktorantı Zəhra Cəlilianın qəzaya düşməsindən iki gün öncə söylədiyi sözlərdir.

32 yaşlı Zəhranın intihar xəbəri 2022-ci il dekabrın 12-də açıqlanıb. Tehran Universitetinin rəhbərliyi bu xoşagəlməz hadisəni tez bir zamanda mediaya çıxarıb.
Zəhranın ailəsi və patoloji anatomiya şöbəsinin həkimləri onun intihar etmədiyini bildirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki