Vətəninfo.az xəbər verir ki, bu gün səhər Gilan əyalətinin Ənzəli Azad İqtisadi Zonasında yerləşən “Venus” Ticarət Mərkəzinin anbarında yanğın baş verib.
Ənzəli İqtisadi Zonasının sözçüsü Mehdi Kazemian bildirib ki, hazırda vəziyyət tam nəzarət altındadır və yanğınsöndürənlər alovla mübarizəni davam etdirirlər.
Qeyd edək ki, Ənzəli – İranın şimalında, Xəzər dənizinin cənub sahilində yerləşən mühüm dəniz limanı şəhəridir.