İran qonşu ölkələrdən su idxal etməyi planlaşdırır.
Vətəninfo.az xəbər verir ki, İranın energetika naziri Abbas Əliabadi ölkədəki geniş yayılmış quraqlıq səbəbindən qonşu ölkələrdən su almaq niyyətində olduğunu jurnalistlərə açıqladı.
“Əgər münasib qiymətə su satmaq istəyən bir ölkə varsa, biz onu alacağıq”, – deyə o qeyd etdi.
Konkret ölkələrin adı çəkilməyib.


























