Dünən İranın Şimali Xorasan əyalətindəki Bocnurd şəhərində növbəti dəfə Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.
Vətəninfo.az xəbər verir ki, saat 16:12 radələrində meydana gələn zəlzələ 8 kilometr dərinlikdə qeydə alınıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində evlərin divarları çatlayıb, 8 nəfər yaralanıb. (İSNA)