İranda İnsan Haqları Təşkilatı – HRANA xəbər verib ki, dünən Gilan əyalətində üç qadın hüquqları müdafiəçisi saxlanılıb.
Vətəninfo.az xəbər verir ki, Humən Tahiri, Sara Cahani və Yasəmin Həşdəri Rəşt şəhərində yerləşən Lakan zindanına aparılıblar.
Bildirilib ki, Sara Cahani və Yasəmin Həşdəri “ölkənin milli təhlükəsizliyi pozmaq məqsədilə təşkilata üzv olmaq, qruplaşma və sövdələşmə”də və “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”da günahlandırılaraq 6 il 1 ay 17 gün, Humən Tahiri isə “dövlət quruluşu əleyhinə təbliğat” ittihamı ilə bir il azadlıqdan məhrum edilib.