image-344816707_625127512998563_840821999437181056_nbackend

İranda din xadimi hökuməti tənqid atəşinə tutdu: “İnsanlar acından ölür, yoxsulluq tüğyan edir” 

image-reklam_sirab_01
İranlı din xadimi hökuməti sərt tənqid edib.
Vətəninfo.az İran mediasına istinadən xəbər verir ki, Qum Elmi-Dini Hövzəsinin professoru Ayətullah Ələvi Borucerdi ərzaq mallarının baha olmasını, insanların yaşayış şəraitini, mənzil və kirayə qiymətlərini və ölkədən gedənlərin sayının artmasını tənqid edib:
“Əhalinin yaşayış səviyyəsi böhran həddindədir: bəzilərinin yumurta almağa belə imkanı yoxdur. İnsanlar iqtisadi məsələlərin sahmana salınmadığını görəndə ruhanilərin zəif tərəflərini görürlər. Öncə evlilik üçün şərait yaradın, sonra uşaq dünyaya gətirməyi təşviq edin.
Hörmətli məmurlar, mən iqtisadçı deyiləm, amma iqtisadiyyatla bağlı kitablar oxuyuram. İnflyasiyanın xarici sanksiyalarla heç bir əlaqəsi yoxdur. İnflyasiya pul yeridilməsi və likvidlik, pul yeridilməsi isə pul çapı ilə əlaqədardır. Niyə daha çox pul çap edirsiniz və niyə daha çox likvidlik yaradırsınız? Bu likvidlik nə üçündür? Lazımsız xərcləri azaldın. Kağız üzərində inflyasiya 50-60%-ə çatıb, bəzi ərzaq malları üzrə isə bundan artıqdır. İnsanlar bu vəziyyətdə yaşaya bilməzlər”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki