Məhsa Əmininin hakimiyyət tərəfindən qətlə yetirilməsinin dördüncü ildönümü ərəfəsində İsfahan, Rəşt, Fumən, Məşhəd və Neyşaburda məcburi hicabın tətbiq edilməsi üçün təzyiqlərin gücləndirildiyi, küçələrdə Əxlaq polisi, hicab keşikçilərinin və mülki geyimli qüvvələrin yenidən peyda olduğu bildirilir.
Vətəninfo.az xəbər verir ki, bir vətəndaş İsfahanın Əlixani meydanında “əxlaq polisinə məxsus avtomobilin yerləşdirildiyini və məmurların “əvvəlcədən xəbərdarlıq etmədən” məcburi hicaba riayət etməyən qadınları saxlayaraq apardıqlarını deyib.


























