Tehranda İran Müdafiə Nazirliyinin sənaye kompleksində partlayış baş verib.
Vətəninfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Şahidlərin sözlərinə görə, partlayışdan sonra yanğın baş verib, lakin itki yoxdur.
Qeyd olunur ki, idarənin kompleksi Nobonyad rayonunda yerləşir.