image-1backend

İranda güclü zəlzələ oldu

image-reklam_sirab_01

İranın Xuzistan əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.

Vətəninfo.az xəbər verir ki, İranın Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Endimeşk şəhəri olan zəlzələ yerli vaxtla saat 22:25-də qeydə alınıb.

Zəlzələnin ocağı yerin 15 kilometr dərinlikdə yerləşib.

Endimeşk Böhran İdarəetmə Mərkəzinin yaydığı bəyanatda bölgəyə xilasedici qrupların göndərildiyi bildirilib. Dağıntı və zərərcəkənlərlə bağlı məlumat daxil olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image