Vətəninfo.az xəbər verir ki, bugün səhər saatlarında Şimali Xorasan əyalətinin Cacərm şəhərinin Şoqan bölgəsində Rixter cədvəli üzrə 3,8 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, saat 01:46 radələrində meydana gələn zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.
Cacərm şəhərinin başçısı Mustafa Hacızadənin sözlərinə görə, zəlzələ heç bir dağıntıya səbəb olmayıb.