image-img_20240614_092527backend

İranda həbsdə olan  Fransa vətəndaşı azadlığa buraxıldı

image-reklam_sirab_01

Vətəninfo.az “Əl-Ərəbiyyə” saytına istinadən xəbər verir ki, İranda iki il həbsdə saxlanılan Fransa vətəndaşı Lui Arno bir neçə saat öncə azadlığa buraxılaraq Oman vasitəsilə Parisə qayıdıb.

Bununla bağlı, Fransa prezidenti Emmanuel Makron açıqlama verib və zindanda olan digər şəxslərə də toxunaraq “X” hesabında yazıb:

“Lui Arno azadlıqdadır! Onun İranda iki illik əsassız həbsindən sonra bu gün ailəsinə qovuşmasına şərait yaradan nazirliyin bütün üzvlərinə təşəkkür edirəm. Üç həmyerlimiz – Sesil, Jak və Olivye hələ də həbsdədir. Onlar mənim prioritetim olaraq qalırlar”.

Qeyd edək ki, Lui Arno İranda 2022-ci ilin payızında Məhsa Əmini inqilabi qiyamının xalq etirazları zamanı barmaqlıqlar arxasına atılıb.

2023-cü ilin noyabrında bir neçə məhkəmə iclasından sonra o, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” ittihamı ilə 5 il həbs cəzasına məhkum edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki