image-reklam-veteninfo
image-1backend

İranda hicab bəhanəsi ilə ondan çox iş yeri bağlanıb 

image-reklam-veteninfo

İranın Borucerd şəhərində məcburi hicab qaydalarının pozulması və qadınlarla kişilərin birgə şənlik mərasimi keçirməsi səbəbindən 11 iş yerinin fəaliyyəti dayandırılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Borucerd şəhər Polis İdarəsinin rəisi Mehdi Məhdəvi məlumat verib. Onun sözlərinə görə, bağlanan kafe və restoranlarda “İslam qaydalarına zidd hərəkətlər” qeydə alınıb.

Məhdəvi bildirib ki, həmin iş yerlərinin bağlanması “ictimai nizam-intizamın yüksəldilməsi” layihəsi çərçivəsində həyata keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki