image-reklam-veteninfo
image-777backend

İranda hicab qaydalarına əməl etməyən qadınlara tibbi yardım göstərilmir 

image-reklam-veteninfo

İranda hicab qaydalarına əməl etməyən qadınlara tibbi yardım göstərilmir .
Vətəninfo.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “The Telegraph” nəşri məlumat yayıb.
Qeyd olunur ki, İranın şimalında yerləşən Lahican şəhərində rəsmilər tibb müəssisələrinə yalnız hicab qaydalarına əməl edənlərə xidmət göstərmək barədə xəbərdarlıq ediblər.
Mənbə hüquq müdafiəçilərinə istinadən vurğulayır ki, rejimin belə bir qərarı “İran qadınlarının qanuni vətəndaş və insan hüquqlarının, eləcə də bütün sivil normaların kobud şəkildə pozulmasıdır”.
Qeyd edək ki, ağır xəsarət alan qadınlara yalnız hicab taxmaqdan imtina etdiklərinə görə yardım göstərilməməsi “cinayət əməli törətməyə bərabərdir”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki