Hengaw insan haqları təşkilatının məlumatına görə, 17 yaşlı Rəsul Qədirian və böyük qardaşı 20 yaşlı Reza Qədirian Kermanşah şəhərində keçirilən kütləvi etirazlar zamanı təhlükəsizlik qüvvələrinin birbaşa atəş açması nəticəsində öldürülüblər.
Kiçik qardaş Rəsul hadisə yerində həlak olub, böyük qardaşı Rza isə ağır yaralanıb və ertəsi gün Kirmanşahdakı Taleqani xəstəxanasında həyatını itirib.
Qardaşların cəsədlərinin hələlik ailələrinə qaytarılmadığı bildirilir.


























