Dünən İsfahan şəhərində iki nəfər pişik saxladıqlarına görə mühakimə ediliblər. Vətəninfo.az xəbər verir ki, “polis əməkdaşlarının fəaliyyətlərindən şikayət etdikləri” üçün onlara məhkəmədə iş açılıb.
Həbs edilən şəxslərin vəkili Milad Pənahipur “Şərq” qəzetinə bildirib ki, turizm sahəsində fəaliyyət göstərən Nilufər Qəzalə və Məhəmmədəli Moqimi cütlüyü “pişik saxlamaq”da günahlandırılaraq bir il həbs cəzasına məhkum ediliblər.
Vəkilin sözlərinə görə, ötən il oktyabrın 4-də təhlükəsizlik qüvvələri cütlüyün işlətdiyi əyləncə mərkəzinə icazəsiz basqın ediblər.
Qeyd edək ki, İranda sözdə din xadimləri ev heyvanlarının, o cümlədən pişik və itin saxlanılması və ictimai yerlərdə gəzdirilməsinin şəriət qaydalarına zidd olduğunu iddia edirlər.