image-reklam-veteninfo
image-9backend

İranda “İsrailə casusluq” ittihamı ilə kütləvi həbslər başlayıb 

image-reklam-veteninfo
Rəsmi Tehranın İsrail qorxusu davam edir. İsrail prezidentinin Azərbaycana səfərindən qorxuya düşən farsa rejimi Cənubi Azərbaycanda kütləvi həbslərə başlayıb. Vətəninfo.az xəbər verir ki, dünən Qərbi Azərbaycan əyalətində 14 nəfər “İsrailin xeyrinə casusluq” ittihamı ilə İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları tərəfindən saxlanılıb.
Bu barədə Qərbi Azərbaycan əyaləti məhkəməsinin təhlükəsizlik və kəşfiyyat mərkəzinin sədri Əli Abdullahı açıqlama verib.
“Bəzi şəxsləri izləyib və onları sui-qəsd planlaşdıran İsrailə bağlı 14 terrorçu saxlanılıb”,- Abdullahi iddia edib.
Saxlanılanların kimliyi və hadisənin detalları barədə açıqlama verilməyib.
İran rəsmisinin bu bəyanatı İsrail prezidenti İshaq Hersoqun Azərbaycan Respublikasına səfəri ilə eyni vaxta təsadüf edir.
Qeyd edək ki, İran hökuməti bundan öncə də dəfələrlə İsrail casuslarını həbs etdiyi ilə bağlı iddialar irəli sürüb.
Bu, Tehran hakimiyyətinin böhran yaşadığı vaxtlarda daxili təbliğat, ölkədə etirazçıları susdurmaq və repressiyaları əsaslandırmaq üçün üçün köhnə peşələrindən biri sayılır.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki