İranda prezident seçkiləri yaxınlaşdıqca kimin daha şanslı olması haqqında mülahizələr irəli sürülüb. Vətəninfo.az xəbər verir ki, İran mediası bu dəfə prezidentliyə namizədlərin yaşlarını önə çəkərək onların hansı yaşda olduğunu yayıb.
▪️ Millət vəkili Məsud Pezeşkian – 70 yaş;
▪️ Keçmiş ədliyyə və daxili işlər naziri Mustafa Purməhəmmədi – 65 yaş;
▪️ İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf – 63 yaş;
▪️ Tehranın meri Əlirza Zəkani – 59 yaş;
▪️ İran ali rəhbərinin İran İslam Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili – 59 yaş;
▪️ İran parlamentinin sədr müavini Əmir Hüseyn Qazizadə Haşimi – 53 yaş.
Onlardan üçü həkimdir:
▪️ Məsud Pezeşkian kardioloq;
▪️ Əmir Hüseyn Qazizadə Haşimi otolarinqoloq;
▪️ Əlirza Zakani nüvə təbabəti üzrə mütəxəssisdir.
Onlardan üçü Xorasanlıdır: Qalibaf Torqabdan, Cəlili Məşhəddən,
Qazizadə isə Ferimandandır.
Milliyyətcə Güney azərbaycanlı olan Məsud Pezeşkian istisna olmaqla, bütün namizədlər etnik farslardır.