Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı verib.
Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Xorasan əyalətində kömür mədənində baş vermiş partlayışla bağlı İran xalqına və hökumətinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını və bu faciəli hadisənin nəticələrinin tezliklə aradan qaldırılmasına ümid edirik”, – paylaşımda qeyd edilib.
***
İranın şərqindəki Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.
Bu barədə İranın Mehr agentliyi məlumat yayıb.
“Təbəsdəki şaxtada baş vermiş insident nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb, daha 20 nəfər yaralanıb”, – agentlik bildirib.
Qeyd olunub ki, hadisə yerində xilasetmə işləri davam edir.
***
İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində qaz partlayışında 30 nəfər ölüb, 17 nəfər yaralanıb.
Bu barədə İRNA məlumat yayıb.
22 nəfərin axtarışları hələ də davam edir.
Xəsarət alan 17 nəfər xəstəxanaya yerləşdirilib.
Qəzaya “Mədənçi” şirkəti tərəfindən idarə olunan mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub.
Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.