İranın təhlükəsizlik qüvvələri “İslam Dövləti” terror qruplaşmasının iki lideri də daxil olmaqla 20 əcnəbi terrorçunu həbs edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə kəşfiyyat naziri İsmail Xətibə istinadən Tasnim agentliyi məlumat yayıb.Kəşfiyyat naziri hökumətin iclası çərçivəsində jurnalistlərlə söhbətində son həftələrdə nazirlik qüvvələrinin 12 müxtəlif əməliyyat zamanı 20 terrorçunun həbs edildiyini açıqlayıb. Həbs olunanların əksəriyyəti sərhədi qanunsuz keçib.Xətibi əlavə edib ki, 20 nəfərdən 12-si terror fəaliyyəti həyata keçirmək məqsədilə İrana daxil olub, 2-si isə İD və “Təkfirçi”nin üzvüdür və hətta İranın qonşusu olmayan ölkələrlə bağlıdır.Tasnim əlavə edir ki, aprel ayında İran təhlükəsizlik qüvvələri İslam Dövlətinin yüksək rütbəli üzvlərindən birini iki şəriki ilə birlikdə həbs edib. Onlar müsəlmanların müqəddəs bayramı olan Fitr bayramı zamanı intiharçı hücumlar etməyi planlaşdırırdılar.