İranda müstəqil mediaya qarşı təzyiqlər davam edir. Tehran əyalətinin Jurnalistlər Birliyi yerləşdiyi binadan çıxarılıb. Vətəninfo.az xəbər verir ki, bu qərarın Tehran Bələdiyyəsinin göstərişi və siyasi tapşırıqların icrası nəticəsində verildiyi bildirilir.
Birliyin yaydığı bəyanatda qeyd olunur ki, bu addım Tehran şəhərinin başçısı Əlirza Zakaninin vasitəsilə müstəqil mediaya qarşı növbəti hücumdur və jurnalistlərin fəaliyyətinə ciddi məhdudiyyətlər gətirir.
Tehran Jurnalistlər Birliyinin katibi İrəc İslami isə bildirib ki, paytaxt bələdiyyəsinin təhlükəsizlik qüvvələri binaların boşaldılması göstərişini icra ediblər.
Qeyd edək ki, 12 günlük İran-İsrail müharibəsindən sonra ölkədə mediaya qarşı təzyiqlər artmaqdadır və son dövrdə təxminən 150 jurnalist işdən qovulub.