image-1backend

İranda məşhur qadın karikaturaçıya ağır həbs cəzası verildi 

image-reklam_sirab_01

İran hakimiyyətini tənqid edən karikaturaçı və rəssam Atena Fərqadani dünən 6 il müddətinə azadlıqdan məhrum olunub.
Vətəninfo.az xəbər verir ki, onun vəkili Məhəmməd Moqemi bildirib ki, Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsi karikaturaçını “müqəddəsləri təhqir etmək” ittihamı ilə 5 il, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” ittihamı ilə isə bir il həbs cəzasına məhkum edib.
Vəkilin sözlərinə görə, xanım Fərqdani həbs olunandan sonra döyülüb və Tehrandakı Qərçək zindanı onu qəbul etmədiyi üçün Evin həbsxanasına aparılıb.
Vəkil həbsxananın Atena Fərqadanini qəbul etməkdən imtina etməsinin səbəbini belə şərh edib: “Görünür, bunun səbəbi onun üz və bədənində işgəncələrin təsirləri ilə bağlıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki