Texnologiya və elm sahəsində ən son xəbərləri paylaşan “Digiato” Teleqram kanalının yazdığına görə, İranda “Motorola” telefonlarının idxalı və tədarükü qadağan olunub və bu markanın telefonlarını qeydiyyatdan keçirmək mümkün deyil.
Vətəninfo.az xəbər verir ki, İranın sənaye nazirinin keçmiş müavini Məhəmməd Mehdi Bəradəran vəzifəsindən getməzdən bir müddət öncə ölkədə “Motorola” markalı telefonların satışının dayandırılacağını açıqlayıb.
Qeyd olunub ki, Livanda Hizbullah qüvvələrinə məxsus peycerlərin kütləvi şəkildə partlamasından sonra İran parlamentinin nümayəndələri də şirkətin məhsullarına qadağa qoyulmasını tələb ediblər.