image-img_20230616_090511backend

İranda oğurluq və narkotikdən istifadə hadisələri 4 dəfə artıb 

image-reklam_sirab_01

Vətəninfo.az İran mediasına istinadən xəbər verir ki,  son 5 ildə İranda oğurluq və narkotikdən istifadə sayı 4 dəfə çoxalıb.

Həmçinin İran Statistika Mərkəzinin hesabatına görə, oğurluğun baş vermə halları artmaqdadır ki, bu da narkotik istifadəsindən sonra ölkədə ikinci böyük cinayət hesab olunur.

Cibgirlik, mobil telefon oğurluğu, kanalizasiya qapaqlarının, piyada keçidi körpülərinin metal altlıqlarının, yol nişanlarının, elektrik naqillərinin və telekommunikasiya kabellərinin, qızıl mağazaların və sonda Milli Bankdan oğurluq və s. bu kimi hallar bütün növ oğurluq cinayətlərinin baş verməsinə misaldır.

Ekspertlər qeyd edir ki, oğurluqların səbəbi əsasən maliyyə problemlərindən qaynaqlanır. İqtisadi böhran, işsizlik, ailə problemləri və inflyasiya ölkədə oğurluq hadisələrinin baş verməsinə rəvac verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image