image-1backend

İranda prezident seçkiləri keçirilir

image-reklam_sirab_01

Bu gün, iyunun 28-də İran İslam Respublikasında növbədənkənar prezident seçkiləri başlayıb. Onlar ölkə daxilində və dünyanın 95 ölkəsində 59 min seçki məntəqəsində keçiriləcək.
Vətəninfo.az xəbər verir ki, İran prezidenti postu uğrunda 4 namizəd mübarizə aparır. Parlamentin spikeri Mohamad Bagher Ghalibaf, islahatçı qanunverici, azərbaycanlı əsilli Məsud Pezeşkian, Ali Milli Təhlükəsizlik Şurasında Xamneyinin nümayəndəsi Seyid Cəlili, keçmiş daxili işlər və ədliyyə naziri, sərt xətt tərəfdarı Mustafa Pourmohamadi seçkilərdə mübarizə aparır.

Bugünkü seçkilərdə mayın 19-da helikopter qəzasında həlak olan İbrahim Rəisinin yerinə kimin prezident olacağına qərar veriləcək.

Dünən məlum olub ki, İranın vitse-prezidenti, mühafizəkar şəxsiyyət Əmir Hüseyn Qazizadə Haşimi prezident seçkiləri kampaniyasından geri çəkilib. O, Pezeşkianı dəstəkləyəcəyini açıqlayıb. Sonuncunu İranın keçmiş prezidentləri Ruhani və Hatəmi də dəstəkləyir. Həmin gün Tehranın meri Əlirza Zəkani də namizədliyini geri götürərək mühafizəkarlar qanadının digər iki namizədinin: parlamentin spikeri Məhəmməd Baqir Qalibafın və mənəvi liderin nümayəndəsinin xeyrinə yarışı tərk edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki