image-defaultbackend

İranda prezident seçkilərində 4 qadın qeydiyyatdan keçib

image-reklam_sirab_01

İranda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün 4 qadın qeydiyyatdan keçib.

Vətəninfo.az xəbər verir ki, İran mediası onların adlarını qeyd edib: Zohre Elahiya, Seyedeh Hamide Zarabadi, Khacar Chenarani və Rafat Bayat. Onların hamısı İran parlamentinin (Məclisin) keçmiş deputatlarıdır.

Elahiyan 56 yaşında, təhsili üzrə həkimdir, hazırda İran Tibb Elmləri Akademiyasında çalışır. Zərabadinin 45 yaşı var və islahatçıların qanadını təmsil edir. Namizədliyini qeydə aldıqdan sonra keçirilən mətbuat konfransında o, xarici siyasətdə “eskalasiyanın” tərəfdarı olduğunu bildirib və iranlıların bir gün qadını prezident seçəcəyinə ümid etdiyini bildirib.

Çenarinin 45 yaşı var, deputat olub. Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsində işləyib. Atası İran-İraq müharibəsində (1980-1988) şəhid olub. Millət vəkili kimi o, hicab geyinmə qaydalarının sərtləşdirilməsi ilə bağlı qanunların qəbul edilməsinin tərəfdarı olub.

Bayat 66 yaşında, təhsilinə görə sosioloqdur. 2005 və 2009 prezidentliyə namizəd kimi qeydə alınıb, lakin onun namizədliyi Konstitusiyanın Mühafizəçiləri Şurası tərəfindən təsdiqlənməyib. Bu günə kimi ölkənin icra hakimiyyəti başçısı üçün yekun seçki siyahılarında heç bir iranlı qadın yer almayıb.

Mayın 30-dan iyunun 3-dək İslam Respublikasında prezidentliyə namizədlərin qeydiyyatı aparılıb. İyunun 28-nə təyin edilmiş növbədənkənar seçkilər prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə əlaqədar keçiriləcək. Beş gün ərzində 80 nəfər qeydiyyatdan keçib. Amma hər kəs seçkiyə namizəd olmayacaq, çünki prezidentliyə namizədin ixtisaslarının uyğunluğunu öyrənmək üçün onların işi 7 gündən sonra Konstitusiyanın Keşikçilər Şurasında araşdırılacaq. İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki