İranda növbədənkənar prezident seçkilərində iştirak etmək üçün rəsmi qeydiyyatdan keçən namizədlərin sayı dörd gündə 37-yə çatıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin seçkiqabağı qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.
“Prezident seçkilərində iştirak etmək üçün ümumilikdə 37 nəfər qeydiyyatdan keçib. İyunun 3-ü son qeydiyyat günüdür”, – deyə o, jurnalistlərlə görüşündə bildirib.
Eslami izah edib ki, 37 ərizəçidən 20-si iyunun 2-də seçkiqabağı qərargaha sənəd verib. Onların arasında İranın keçmiş prezidenti Mahmud Əhmədinejad da var.