Bu gün səhər Tehran–Kerman sərnişin qatarı Zərənd şəhəri yaxınlığında relsdən çıxıb. Qatarın 450 sərnişini olub. Vətəninfo.az xəbər verir ki, İran Qızıl Aypara Təşkilatının rəhbəri Babək Mahmudi 30 nəfərin yaralandığını bildirib. Zərənd şəhərinin başçısı Seyid Rza Hüseyni Nejadın sözlərinə görə, sərnişinlər avtobuslarla yola davam ediblər.