image-1backend

İranda son 22 gündə hər gün üç məhbus edam edilib 

image-reklam_sirab_01

İran İnsan Haqları Mərkəzi xəbər verib ki, dünən Kerman və Rəfsəncan şəhərlərinin zindanlarında üç məhbus dar ağacından asılıb.
Vətəninfo.az xəbər verir ki, Kerman həbsxanasında edam edilən iki məhbusdan biri etnik bəluç olub və onlar “narkotik qaçaqmalçılığı”nda ittiham ediliblər. Rəfsəncan zindanında “qəsdən adam öldürmək”də günahlandırılaraq asılan bir məhbus isə Əfqanıstan vətəndaşı olub.
İnsan Haqları Mərkəzinin məlumatına görə, iyulun 22-dən avqustun 13-dək ölkə həbsxanalarında 86 məhbusun ölüm hökmü icra edilib. Bildirilib ki, bu, orta hesabla hər gün üç məhbusun edam olunması deməkdir.
Qeyd edilib ki, İranda prezident seçkiləri zamanı sakitlik yaratmaq üçün edamların sayı azaldılsa da, yeni göstəricilər bu tendensiyanı tərsinə çevirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki