İranda qadınların namus üstündə qətlə yetirilməsi və intiharları elə bir adi hala çevrilib ki, adətən ciddi şəkildə araşdırılmır, bu cinayətlərin qatilləri isə qısamüddətli həbs cəzalarından sonra azadlığa buraxılır.
Vətəninfo.az xəbər verir ki, hazırkı statistikaya əsasən, son bir ay ərzində qadınların 65%-i ərləri, 10%-i qardaşları, 8%-i ataları və 5,5%-i oğulları, 11%-i isə ailənin digər kişi üzvləri tərəfindən qətlə yetirilib.
İntihar edən qadınların statistikasını isə kiçik yaşlarında məcburi şəkildə ərə verilən azyaşlı qızlar təşkil edir.
Qeyd edək ki, İranda son 2 il ərzində ən azı 165 qadın öldürülüb.