“Əbdürrəhman Borumənd” İnsan Hüquqları Fondu İslam Respublikasının bu ilin ilk dörd ayında ən azı 612 nəfəri dar ağacından asdığını açıqlayıb. Bu, o deməkdir ki, İran hakimiyyəti 117 gün ərzində hər gün ən azı beş nəfəri edam edib.
Vətəninfo.az xəbər verir ki, son üç həftə ərzində əsasən siyasi ittihamlarla bağlı 15 edamın qeydə alındığını qeyd edən təşkilat, İranda davam edən qlobal internet bağlanmasının və İranın Məhkəmə Sistemində şəffaflığın olmamasının edam statistikasını sənədləşdirməyi daha da çətinləşdirdiyini və edamların faktiki sayının təsdiqlənmiş və bildirilən hallardan daha çox olduğunu vurğulayıb.
Son bir ayda ən azı 21 etirazçı və siyasi məhbus edam olunub ki, onların xeyli hissəsi yanvar etirazları zamanı saxlanılıb.


























