Vətəninfo.az xəbər verir ki, dünən İranın İranşəhr şəhərində silahlı şəxslər tanınmış din xadimini qaçırıblar.
Bazar ertəsi səhər saatlarında sürətlə gələn ağ rəngli “Peugeot” markalı avtomobil Rza Səmədi adlı din xadiminin qarşısında qəfil saxlayıb. Qara geyimli 4 silahlı şəxs maşından düşərək din xadimini zorla avtomobilə mindirərək naməlum istiqamətdə aparıblar.