Vətəninfo.az xəbər verir ki, İran-İsrail arasında yaşanan 12 günlük qarşıdurmadan sonra ölkədə mediaya təzyiqlər artıb.
Tehran Jurnalistlər Birliyinin rəhbəri və “Sazəndegi” qəzetinin baş redaktoru Əkbər Müntəcəbi bildirib ki, bu müddətdə 150 jurnalist işdən çıxarılıb.
Dünən Pezeşkianın sosial məsələlər üzrə köməkçi Əli Rəbinin də qatıldığı konfransda çıxış edən Müntəcəbi hökumətin mediaya münasibətini tənqid edərək deyib: “Hökumət mediaçı şəxslərlə doludur, amma medianın özü sıxışdırılır. Bu, məyusedicidir.” Azad İnformasiya Axınını Müdafiə Təşkilatının hesabatına görə, ilin ilk yarısında İranda 46 jurnalist və media qurumuna qarşı cinayət işi açılıb. Təşkilat bildirir ki, Məsud Pezeşkianın prezident seçilməsindən sonra ifadə azadlığı sahəsində ciddi geriləmə müşahidə olunur.