Vətəninfo.az İran mediasına istinadən xəbər verir ki, bu gün İranın Buşehr şəhərindən 200 kilometr cənubda yerləşən Bənək şəhərində Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib.
Tehran Universiteti yanında Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ səhər saat 06:50 radələrində qeydə alınıb.
Bildirilib ki, zəlzələ 20 kilometr dərinlikdə olub. Hələlik zəlzələ nəticəsində mümkün #dağıntılarının və ya insan itksinin olub-olmaması bəlli deyil.